“ŞƏRQ-QƏRB” ASC səhmdarlarının nəzərinə!
“ŞƏRQ-QƏRB” ASC səhmdarlarının nəzərinə!
20 iyun 2026-cı il tarixdə, saat 11:00-da “Şərq-Qərb” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.
Yığıncağın gündəliyində aşağıdakı məsələlər durur:
- ASC-nin 2025-ci il üzrə illik və maliyyə hesabatlarının təsdiq edilməsi;
- ASC-nin müfəttişinin növbəti müddətə təyin edilməsi;
- ASC-nin 2025-ci il üzrə mənfəət və zərərinin bölüşdürülməsi, dividend;
- Digər cari məsələlər.
Ümumi yığıncağın gündəliyindəki məsələlərə dair materiallarla tanış olmaq üçün ASC-nin aşağıda qeyd olunan əlaqə nömrələri ilə əlaqə saxlanılması xahiş olunur.
Ümumi yığıncaqda bütün səhmdarların iştirakı vacibdir. Səhmdar ümumi yığıncaqda iştirak hüququnu bilavasitə özü və ya nümayəndəsi vasitəsi ilə həyata keçirir. Bu zaman səhmdarın nümayəndəsi qanunvericiliklə müəyyən edilmiş qaydada (notarial) tərtib edilmiş etibarnaməyə malik olmalıdır.
Yığıncaq ASC-nin Bakı şəhəri, Xətai rayonu, Aşıq Ələsgər küçəsi, 17 ünvanında yerləşən inzibati binasında keçiriləcəkdir.