“ŞƏRQ-QƏRB” ASC səhmdarlarının nəzərinə!
“ŞƏRQ-QƏRB” ASC səhmdarlarının nəzərinə!
11 iyun 2022-ci il tarixdə saat 11:00-da “Şərq-Qərb” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.
Yığıncağın gündəliyində aşağıdakı məsələlər durur:
ASC-nin 2021-ci il üzrə maliyyə hesabatlarının təsdiq edilməsi;
ASC-nin Baş direktorunun növbəti müddətə seçilməsi;
Digər cari məsələlər.
Ümumi yığıncağın gündəliyindəki məsələlərə dair materiallarla tanış olmaq üçün iş günlərində ASC-nin hüquqşünasına müraciət edilə bilər.
Ümumi yığıncaqda bütün səhmdarların iştirakı vacibdir.
Yığıncaq ASC-nin Bakı şəhəri, Xətai rayonu, Aşıq Ələsgər küçəsi, 17 ünvanında yerləşən inzibati binasında keçiriləcəkdir.
Əlaqə telefonu: (012) 374-75-62; (012) 374-73-84; (012) 374-83-43.
Qeyd: Səhmdarlardan xahiş olunur ki, elanda göstərilmiş telefon nömrələri ilə əlaqə saxlayıb yığıncaqda iştirak etmək üçün aktiv əlaqə nömrələrini təqdim edib qeydiyyatdan keçsinlər.
“Şərq-Qərb” ASC-nin Müşahidə Şurası