Həsən Zeynalov


“Şərq-Qərb” Nəşriyyatının direktoru
cənab Eldar Əliyevə 
Hörmətli Eldar müəllim,    
Rəhbərlik etdiyiniz nəşriyyatda olduqca nəfis şəkildə çap olunmuş “Diplomatın tale yolu” kitabının müəllifi kimi kitabın ərsəyə gəlməsinə göstərdiyiniz diqqətə görə Sizə dərin təşəkkürümü bildirirəm. Eyni zamanda, nəşrin hər bir elementi üzərində xüsusi həssaslıqla işləmiş Sevil İsmayılovaya, Ülkər Məmmədovaya, Tamilla Rüstəmovaya, Rahilə Həsənovaya, Fəridə Səmədovaya, Xəqani Fərzalıyevə və Nurlan Nəhmətova xüsusi minnətdarlığımı çatdırıram. Xoş atmosfer, əməkdaşların peşəkarlığı, təşəbbüskarlığı və işlərinə həvəslə yanaşmaları, eləcə də ən son texnoloji nailiyyətlərin tətbiqi mənim nəşriyyatınız haqqında təəssüratımı yaradan hallar olmuşdur. Əminəm ki, bu keyfiyyətlər “Şərq-Qərb” nəşriyyatında gələcəkdə də yeni-yeni gözəl nəşrlərin işıq üzü görməsinə səbəb olacaqdır. 

Hörmətlə,                                                                            

Həsən Zeynalov
Azərbaycan Respublikasının Türkmənistandakı
Fövqaladə və Səlahiyyətli Səfiri 

19 fevral 2018-ci il